“İnter”in sabiq çalışdırıcısı “Milan”a baş məşqçi təyin olundu

17:27 09-10-2019 722

İtaliyanın “Milan” klubunun yeni baş məşqçisi məlum olub.

Milan klubunun rəsmi saytı xəbər verir ki, “qırmızı-qaralar”ın sükanı Stefano Pioliyə tapşırılıb. 

53 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Stefano Pioli əvvəllər İtaliyada “Latsio”, “İnter” və “Fiorentina” kimi məşhur klubları çalışdırıb.

Qeyd edək ki, “Milan” dünən baş məşqçisi Marko Campaolo ilə yollarını ayırmışdı.

Səbuhi Musayev