Bakıda “Müstəqil Rəcəb”dən saxta içki aşkarlandı

14:18 11-10-2019 593

Bakının Səbail Rayon Polis İdarəsinin narkotiklərə qarşı mübarizə şöbəsinin əməkdaşları saxta spirtli içkinin istehsalı ilə bağlı daha bir fakt aşkarlayıblar.

Bununla bağlı HerGun.Az-a rayon polis idarəsindən məlumat verilib. 

Aparılan istintaq-axtarış tədbirləri nəticəsində “Müstəqil Rəcəb” MMC-yə məxsus, Bakı şəhər sakininin idarə etdiyi “Volkswagen” yük avtomobilindən saxta olan 456 ədəd araq, 150 ədəd viski aşkar olunaraq götürülüb. 

Hazırda araşdırma aparılır. Sahə müstəntiqləri saxta məhsul istehsalının yerini müəyyənləşdirməyə çalışırlar.

Ramella İbrahimxəlilova