Bakıda qardaşını öldürən şəxsə hökm oxundu

18:18 11-10-2019 466

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Ağaməli Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

HerGun.Az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, A.Kərimov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, ötən il oktyabrın 5-də Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində, qəsəbə sakini A.Kərimov evində münaqişə zəminində qardaşı Ədil Kərimovu bıçaqla qətlə yetirib.