Nazir müavini: TDƏŞ-ə üzv ölkələrin 3200 şirkəti ölkəmizdə fəaliyyət göstərir

16:18 14-10-2019 730

Bu günədək Azərbaycan tərəfindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov oktyabrın 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində keçirilən biznes forumda deyib.

Nazir müavini qeyd edib ki, TDƏŞ-ə üzv ölkələr tərəfindən isə ölkəmizin iqtisadiyyatına 12,3 milyard dollar investisiya qoyulub. TDƏŞ-ə üzv ölkələrin 3200 şirkəti ölkəmizdə uğurla fəaliyyət göstərir. TDƏŞ-ə üzv ölkələrdə Azərbaycanın xarici ticarət payı 12 faiz təşkil edir.