UEFA Azərbaycana 2,5 milyon avro pul köçürdü

16:27 15-10-2019 434

UEFA-nın Azərbaycan klubları üçün ayırdığı vəsait komandaların hesabına köçürülüb.

HerGun.Az xəbər verir ki, 2019/2020 mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirak üçün dörd klub qazanc əldə edib.

AFFA-nın vasitəsilə UEFA Çempionlar Liqasında iştiraka görə “Qarabağ” büdcəsinə həmrəylik ödənişi kimi 1 milyon 140 min avro köçürülüb.

UEFA Avropa Liqasında iştirak üçün həmrəylik ödənişi alan klublardan “Neftçi” 780, “Qəbələ” 260, “Səbail” 240 min avro əldə edib.