“Mercedes”, “Nissan”, “Chevrolet” üç min manatdan satışa çıxarıldı

17:27 15-10-2019 590

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 15 oktyabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac keçirilib.

HerGun.Az xəbər verir ki, növbəti açıq hərracda 11 dövlət əmlakına ümumilikdə üzrə 21 sifariş verilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış tarixləri 1998-2007-ci illər arasındadır. Avtomobillər “Mercedes”, “Nissan”, “Chevrolet” və “Renault” markalarına aiddir.

Bu dövlət əmlaklarının hərracda son qiyməti üç min manatla altı min manat arasında olub. Rəqabətli mühitdə özəlləşdirilən “Chevrolet Niva “markalı avtomobilin buraxılış tarixi 2005-ci ildir.

İlkin qiyməti 3 min 750 manat olan nəqliyyat vasitəsi hərracda qalib iştirakçı tərəfindən 4 min 400 manata özəlləşdirilib.

Aqşin Kərimov