Ukrayna millisinin oyunçusundan romantik evlənmək təklifi - FOTO

07:36 17-10-2019 503

“Mançester Siti” və Ukrayna millisinin yarımmüdafiəçisi Aleksandr Zinçenko sevgilisi Vlada Şeqlova ilə nişanlandığını bildirib.

Eurosport” xəbər verir ki, 23 yaşlı futbolçu evlənmək təklifini Kievin “Olimpiyski” stadionunda edib.

Zinçenko böyük bir gül dəstəsini və nişan üzüyünü sevgilisinə təqdim edib o isə təklifi qəbul edib.

“Həyatımda ən vacib “Hə””, - “Instagram”da yerləşdirdiyi şəkli Zinçenko belə şərh edib.