Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil

14:45 17-10-2019 594

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev  yenidən əməliyyat olunmaq üçün Türkiyəyə gedir.

Bu barədə HerGun.Az-a xalq artistinin özü məlumat verib.

“Diz qapağımda ağrılar var. Qoyduqları dəmirdən biri gödəkdir. Gecələr ağrırlar verir. Elə də yaxşı deyiləm. Yəqin ki, yaşla bağlıdır. Bir dəfə əməliyyat olunmuşam. Amma yenidən əməliyyat olunacam. Ola bilsin ki, 3-4 gündən sonra Türkiyəyə getdim”, - deyə Arif Babayev deyib.

Qeyd edək ki, 81 yaşlı Arif Babayev Türkiyədəki xəstəxanalardan birində ayağından əməliyyat olunub. 

Sevinc Yasinqızı