Azərbaycan – Fransa görüşündə prinsipial məqam: Qədir Hüseynov erməniyə qarşı

10:20 25-10-2019 800

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə milli komandalararası Avropa çempionatında bu gün II turun görüşləri keçiriləcək.

HerGun.Az xəbər verir ki, ilk turda Serbiya millisini məğlub etmiş kişi yığmamız bu dəfə Avropa reytinqində XIII sırada olan Fransa ilə qarşılaşacaq.

Bu görüşdə prinsipial məqam da olacaq. Belə ki, dördüncü lövhədə Qədir Hüseynov qara fiqurlarla Fransa millisinin erməni əsilli şahmatçısı Tiqran Qaramyanla oynayacaq.

Ötən tur Latviyanı darmadağın etmiş qadın millimiz isə reytinqdə XII olan İspaniya ilə görüşəcək. Hər iki görüş saat 15:00-da başlayacaq.

Qeyd edək ki, kişi millimiz ilk turdan sonra turnir cədvəlində İspaniya və Sloveniyanın ardından III sırada qərarlaşıb. Qadın yığmamız isə Rumıniya və Türkiyə ilə bərabər turnir cədvəlinə başçılıq edir.

Səbuhi Musayev