Gənc azərbaycanlı rəssamın sərgisinin açılışı oldu - FOTO/VİDEO

21:40 25-10-2019 906

Azərbaycanlı gənc rəssam Dəniz Baxışzadənin əsərlərindən ibarət sərgi keçirilib.

Sərgidə iştirak edən Memarlıq və İnşaat Universitetinin müəllim və tələbə heyətinin sözlərinə görə Dəniz hər zaman öz bacarığı ilə digər yoldaşlarından fərqlənib. Dəniz Baxışzadə 4-cü kurs tələbəsi olmasına baxmayaq, onun bir çox mövzuda çəkdiyi rəsm əsərləri, insanların böyük marağına səbəb olur.

Rəssamın “Xocalı soyqırımı”, “Cəbrayıl Xan çinar”, “Əlibəyovların evi”, “Azneft meydanı 60-ci illərdə” və digər tabloları ilk rəsm sərgisində nümayiş olunub.

Rəssamın əsas məqsədi Azərbaycan rəssamlıq sənətinə yeni üslub gətirməkdir. Onun ən böyük arzularından biri, növbəti sərgisini Cəbrayılda keçirməkdir.