Mağazalardan və evdən oğurluq edən şəxs saxlanılıb - VİDEO/FOTO

06:00 26-10-2019 832

Tovuzun Əyyublu kəndi və Qovlar şəhərində mağaza və evdən oğurluq edilib.

HerGun.Az bildirir ki, Ayaz Qasımov bu ilin iyun ayında Əyyublu kəndində mağazalardan birini qarət etdiyi üçün saxlanılıb. Yerli məhkəmənin qərarı ilə ona şərti cəza verilib. 

Əməlindən nəticə çıxarmayan Ayaz Qasımov  cəzası başa çatmamış yenə də eyni əməli təkrarlayıb. Belə ki, o, Qovlar şəhərində fərdi yaşayış evindən qızıl-zinət əşyalarını oğurlayıb.

Tovuz polisinə daxil olan müraciət əsasında əməliyyat-axtarış tədbirlərinə başlanılıb və cinayətin üstü isti izlərlə açılıb. 

Qonşusunun evindən oğurluq edən Ayaz Qasımov ifadəsində əməlini etiraf edib. O, oğurladığı qızılları müxtəlif ünvanlarda ayrı-ayrı şəxslərə satdığını deyib.

Artıq Ayaz Qasımovun oğurladığı qızıl-zinət əşyalarından biri tapılaraq istintaqa maddi sübut kimi təhvil verilib. Günahı sübuta yetirildiyi təqdirdə, o, azadlıqdan məhrumetmə cəzası alacaq.

Nazir Quliyev