Messi onu dünyanın ən yaxşı hücumçusu hesab edir

16:00 27-10-2019 432

Argentinalı futbolçu, “Barselona”nın ulduzu Lionel Messi etiraf edib ki, braziliyalı Ronaldo ona görə ən yaxşı hücumçudur.

“TyC Sports” Messinin sözlərini çatdırıb:

“Ronaldo əsl fenomen idi. O, gördüyüm ən yaxşı hücumçu idi. O, sadəcə əsrarəngiz idi”.

Ronaldo “Kruzeyro”, PSV, “Barselona”, “İnter”, “Real Madrid”, “Milan”, “Korintians” klublarının heyətində çıxış edib. Braziliya millisinin heyətində isə o, iki dəfə (1994, 2002) dünya çempionu adı qazanıb.