“Neftçi”dən səfər qələbəsi - VİDEO

19:40 27-10-2019 502

Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib. 

HerGun.Az xəbər verir ki, Sumqayıtda yerli komanda “Neftçi”ni qəbul edib. 

Hesabı meydan sahibləri açsalar da, sonradan toparlanan “Neftçi” iki qol vuraraq ilk hissəni öndə başa vurub. 

İkinci hissədə qonaqlar daha iki dəfə rəqib qapısına yol tapıblar. Sumqayıtlıların gücü isə bir qola çatıb.

Beləliklə bakılılar bu oyunda 4:2 hesablı qələbəyə seviniblər. 

Qeyd edək ki, “Sumqayıt”ın qoluna Mehdi Şərifi (penaltidən) və Amil Yunanov imza atıbsa, “Neftçi”nin heyətində Emin Mahmudov (hər ikisi penalti) və Baqali Dabo hərəyə iki dəfə fərqləniblər.