Avropa çempionumuz böyrəyindəki problemlə bağlı Türkiyəyə aparıldı - FOTO

21:00 27-10-2019 663

Xəbər verdiyimiz kimi karateçi Ayxan Mamayev böyrəyində olan problemlər səbəbi ilə paytaxt xəstəxanaların birinə yerləşdirilmişdi.  

İdmançı səhhətində yaranan ciddi problemlərə görə Türkiyəyə yollanıb.  

HerGun.Az xəbər verir ki, Ayxan bu barədə şəxsi “Instagram” hesabının “Hekayə” bölümündə məlumat verib.  

O, Türkiyədə xəstəxanların birində çarpayıda uzanan şəklini paylaşaraq bu sözləri yazıb:  

“Hər kəsə cavab yaza bilmirəm. Dəstəyiniz, maraqlandığınız üçün çox sağ olun. Türkiyədəyəm. Düzələcəm, İnşallah. Dua edin!”  

Rəşad Əliyev