Azyaşlı gimnastlarımız Bolqarıstanda bürünc medal qazandı

21:00 28-10-2019 608

Ötən həftəsonu Bolqarıstanın Plovdiv şəhərində aerobika gimnastikası üzrə “Plovdiv Cup” adlı beynəlxalq turnir təşkil edilib.

HerGun.Az xəbər verir ki, yarışda Aydan Şirinli, Dilarə Qurbanova, Nəzifə Tağıyeva, Melisa Kaysı və Evelina Əlimuradova 9-11 yaşlı gimnastlar arasında yarışıb.

Qrup proqramı üzrə çıxışları gimnastlarımıza bürünc medal qazandırıb.