“iPhone”ları oturduğu döşəyin içində gizlətmək istəsə də, yaxalandı - FOTO

22:40 28-10-2019 525

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Volkswagen Cratter” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub. 

DGK-dan HerGun.Az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. 

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin sürücü oturacağının üzərindəki döşəyin içərisində gizlədilən 6 ədəd “iPone XS 64 GB” markalı mobil telefon aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır.