Binədə 28 yaşlı gənci bıçaqladılar

00:40 31-10-2019 624

Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.  

1991-ci il təvəllüdlü İsmayılov Xəlil Qahir oğlu tanımadığı şəxs və ya şəxslərlə mübahisə zəmnində bıçaqlanıb.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.  

Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.  

Hadisə ilə bağlı araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu