Xanım para-taekvondoçumuz dördüncü dəfə Avropa çempionu oldu - FOTO

11:40 01-11-2019 414

İtaliyanın Bari şəhərində para-taekvondo üzrə keçirilən Avropa Açıq çempionatında Aynur Məmmədova qızıl medal qazanıb.

HerGun.Az xəbər verir ki, Məmmədova +58 kq çəki dərəcəsində ispanyalı idmançıya 8:6, daha sonra fransalıya 23:1 və rusiyalıya 12:8 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. 

Finalda idmançımız Özbəkistan təmsilcisini 3:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o, dördüncü dəfə Avropa çempionu olub.

Paralimpiyaçımız bu qələbə ilə “Tokio 2020” Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün növbəti lisenziya xallarını qazanıb.

Qeyd edək ki, komandamız bu yarışa səkkiz idmançı ilə qatılmışdı.

Səbuhi Musayev