Cüdoçumuz Avropa birinciliyinin qalibi oldu

19:00 02-11-2019 402

Azərbaycan idmançısı Rusiyada keçirilən 23 yaşadək cüdoçular arasında Avropa birinciliyinin qalibi olub.

Rəşid Məmmədəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək finala çıxıb. O, həlledici görüşdə Rusiya təmsilçisi Ayub Xacaliyevi məğlub edərək Avropa birinciliyini qazanıb.

Qeyd edək ki, bu, komandamızın Avropa birinciliyində qazandığı ikinci medaldır. Yarışların birinci günündə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurlan Osmanov gümüş medal əldə edib.