Güləşçimiz erməniyə qalib gəlib dünya çempionatının mükafatını qazandı

23:20 02-11-2019 518

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatının yunan-Roma yarışlarında Azərbaycan ilk medalını qazanıb.

HerGun.Az xəbər verir ki, Zaur Əliyev (-55 kq) bürünc medal uğrunda görüşdə Ermənistan idmançısı Norayr Hakobyanla qarşılaşıb. Görüş idmançımızın 7:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Zaur Əliyev bürünc medal qazanıb.

Qeyd edək ki, sabah dünya çempionatında son gündür. Daha bir güləşçimizin qızıl və ikisinin bürünc medal şansı var.

Səbuhi Musayev