Luis Hemilton 6-cı dəfə dünya çempionu oldu

02:00 04-11-2019 778

Luis Hemilton 6-cı dəfə “Formula 1” üzrə dünya çempionu olub.

“Mercedes”in pilotu bu ada vaxtından əvvəl nail olub.

ABŞ Qran-prisində 2-ci yeri tutan 34 yaşlı idmançı sona iki Qran-pri qalmış çempionluğunu təmin edib.

Bu Qran-prinin qalibi isə “Mercedes”in digər pilotu Valtteri Bottas olub.