Sürücülük məktəbində işləyən müəllim “Qarabağ”ın oyununa hakim təyin olundu - FOTO/VİDEO

15:20 04-11-2019 570

“Qarabağ”ın Kipr APOEL-i ilə UEFA Avropa Liqasındakı matçının baş hakimi müəyyənləşib.

HerGun.Az xəbər verir ki, noyabrın 7-də Kiprin paytaxtı Nikosiada keçiriləcək görüş avstriyalı referi Manuel Şütenqruberə həvalə olunub.

36 yaşlı Şütenqruber indiyədək nə Kipr, nə də Azərbaycan təmsilçilərinin görüşlərində baş hakimlik edib.

Bir maraqlı məqamı da qeyd edək. Manuel Şütenqruber Avstriyanın sürücülük məktəbində işləyir. O, Lints şəhərində fiziki məhdudiyyəti olan insanların maşın sürməsinə kömək edir. O, A, B, BE və F sürücülük kateqoriyalarının verilməsi üzrə müəllimliklə məşğuldur.

Qeyd edək ki, Manuel Şütenqruberə Bakı vaxtı ilə saat 21:55-də başlayacaq bu matçda Roland Brandner, Robert Ştaynaxer və Xristofer Yoqer kömək edəcək.

Səbuhi Musayev