UEFA-da Elxan Məmmədovun sədrliyi ilə komitə iclası keçirildi - FOTO

22:40 05-11-2019 420

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.  

AFFA-nın rəsmi saytı xəbər verir ki, iclasa AFFA-nın baş katibi, qeyd olunan komitənin rəhbəri Elxan Məmmədov sədrlik edib. 

Xatırladaq ki, bu il mayın 29-da UEFA İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasında Elxan Məmmədov UEFA-nın Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. 

Onu da qeyd edək ki, Azərbaycan təmsilçisi ilk dəfədi ki, UEFA-da iclasa sədrlik edib.