“Qarabağ” xal itirdi, “Sumqayıt”dan əzmkar qələbə - VİDEO
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
HerGun.Az xəbər verir ki, sonuncu oyun günündə daha iki görüş baş tutub.
Öncə “Sabah” “Sumqayıt”la üz-üzə gəlib. Qarşılaşmada hesabı da meydan sahibləri açıblar. Amma qalan dəqiqlərdə üç qol vuran sumqayıtlılar meydanı əzmkar qələbə ilə tərk ediblər.
Tura “Qarabağ” – “Zirə” oyunu ilə yekun vurulub. Hesabı da Ağdam təmsilçisi açıb. Amma zirəlilər bərabərlik qolunu vurmağı bacarıblar. Beləcə, qarşılaşma heç-heçə yekunlaşıb.
Qeyd edək ki, turun digər oyunlarında “Keşlə” “Neftçi”yə (2:1), “Qəbələ” isə “Səbail”ə (3:0) qalib gəlib.
Azərbaycan Premyer Liqası
XI tur
10 noyabr
“Sabah” – “Sumqayıt” 1:3
Qollar: U.Diallo, 32 - P.Babayi, 56. M.Şərifi, 76. Ə.Ağayev, 90+5.
“Qarabağ” – “Zirə” 1:1
Qollar: M.Qeye, 5 - R.Qadze, 69.