Ehtiyac meyarı ləğv edilsin - Milli Məclisdə məsələ qaldırıldı

16:40 13-11-2019 139

Azərbaycanda ehtiyac meyarının ləğv olunması təklif edilir. 

HerGun.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli büdcə müzakirələri zamanı deyib. 

O bildirib ki, dəfələrlə bu məsələni Azərbaycan parlamentinin sədri də qaldırıb:

“Ehtiyac meyarını və yaşayış minimumunu bir-birinə yaxınlaşdırmaq yox, ehtiyac meyarının aradan qaldırılması çox vacibdir”, - deyə Ə.Məsimli əlavə edib.

Onun sözlərinə görə, bir neçə il bundan əvvəl belə bir stereotip var idi ki, yaşayış minimumunu və minimum əməkhaqqını bir-birinə yaxınlaşdırmağa uzun illər tələb olunur. 

“Amma Prezidentin bir fərmanı ilə minimum əməkhaqqı yaşayış minumumuna yaxınlaşdırıldı. Hazırda ondan da yuxarıdır. Ona görə də ehtiyac meyarının ləğv olunması məsələsini də həll etmək olar. Bu məsələ nə qədər tez həll olunsa, bir o qədər yaxşıdır”.

Qeyd edək ki, 2020-ci il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən olunub.

Yaşayış minimumu isə ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib.

Qeyd edək ki, 2020-ci il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən olunub.

Aqşin Kərimov