Atamla birgə öyrənirəm

23:13 14-11-2019 931

Uşağın dərsini hazırlanmasında psixoloji vəziyyəti daha çox nəzərə almaq lazımdır. Bu hallarda hər bir detala diqqət edilməsi vacibdir. Hətta, evdə uşağın təhsilə hazırlaşmasında valideynlərin belə roluna qədər diqqət edilməlidir. Dərsə hazırlaşmaqda kim daha çox uşağa kömək olmalıdır ata, yoxsa ana? 

Azyaşlı uşaqların dərslik mövzularını daha yaxşı və asan qavraması üçün əsaslı izah etmək vacib şərtdir. Dərsin izah olunmasında onun kim tərəfindən və necə edilməsidə vacib rol oynayır. Çünkli, dərsi izah edərkən uşağın psixoloji durumuna olduqca həssaslıqla yanaşmaq lazımdır. Mütəxəssislərin fikirincə tədris məsələsində uşaq üçün, valideynin rolu daha yaxşı nəticələr verə bilir. Məktəbli Emil Həsənli deyir ki, ona dərs hazırlanmasında atası daha çox kömək edir.

Emil Həsənli (məktəbli) Mən daha çox atamla dərs öyrənməyi xoşlayıram. Çünki, atam həmişə məni səbrlə dinləyir, o mənim dərslərimi öyrənməyimə daha çox kömək eliyir. Anam isə mənim daha çox yeməyimə, istirahətimə fikir verir. Ona görə də mən  atmla dərs öyrənməyimi daha çox xoşlayıram.

Emilin atasıda bildirir ki, onunla çalışdıqdan sonra övladının dərsində olan dətyişiklik özünü hiss elətdirib.

Elşən Həsənov (valideyn) Uşağa düzdür anası da kömək edir, bəzi sahələrdə. Amma, ən çox Emil mənimlə məşğul olur. Mən onu daha çox həvəsləndirirəm dərslərinə və nəticəsinidə görürəm az – çox.

Mütəxəssislər isə deyir ki, hər iki valideyn eyni dərəcədə məsuliyyət daşısada, bu işdə ataların üzərinə daha çox məsuliyyət düşür. Bu işə daha çox diqqət çəkmək üçün, “Atamla birgə öyrənirəm” adlı pilot lyihəyə start verilib.

Könül Quluyeva (müəllimə) Ata və ana eyni dərəcədə, övladlrının təshil həyatında mühüm rol oynayırlar. Bir sözlə valideynlərin hər ikisi övladlarının təhsilində cavabdehlik daşıyır. Hamımız bilirk ki, övladların təhsilində əsasən analar önəmli rol oynayır. Azərbaycan təhsilində ataların rolunu artırmaq isə düşünürəm ki, vacib və önəmlidir.

Gənc ekspert Əfsanə Fərzalızadə də bildirib ki, onların aprdıqları müşahdələrdə evdə valideynlərin dərs hazırlığında əsas yükü yenə də analar çəkir.

- Əfsanə Fərzalızadə (gənc) Hazırda bizim Azərbaycanda vəziyyət nə vəziyyətdədir. Uşaqlara daha çox kimlər kömək edir, atalarımı, yoxsa analarımı? Biz məktəbə gedərkən də, məktəblərin qarşısında həmişə görürük ki, uşaqları məktəbə gətirən də, məktəbdən aparan da, onlara evdə dərs hazırlamasına kömək edən də, hər zaman analar olub. Azərbaycanda hazırda elə bir vəziyyətdir ki, analar övladlarının təhsillərilə daha çox maraqlanırlar. İstər onları məktəbə aparmaqda olsun, istər onların ev dərslərinin hazırlanmasında olsun.

Müəllimlər onu da bildiriblər ki, dərsliyin daha yaxşı qavranılması üçşün, müasir dövrün tələblərinə uyğun addılmlar atılmalıdır. Buna görə də pilot layihə effektli olarsa gələcəkdə bunu bütün məktəbklərdə tətbiq eilməsi üçün müraciət hazırlayacaqlar.

Daşqın Güneyli