Türkiyə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazandı

00:40 15-11-2019 426

“Avro-2020”nin seçmə mərhələsi çərçivəsində 11-ci turun oyunları baş tutub.

H qrupunda yer alan Türkiyə millisi İslandiya yığmasını qəbul edib.

“Türk Telekom Arena”da keçirilən görüşdə hesab açılmayıb.

Qolsuz hesaba baxmayaraq, Türkiyə millisi xalların sayını 20-yə çatdıraraq vaxtından qabaq Avropa çempionatının qrup mərhələsinə vəsiqə qazanıb.