Gürcüstan parlamentinin qarşısında yenə də çadırlar quruldu

03:40 15-11-2019 442

Gürcüstan müxalifəti noyabrın 14-də parlament qarşısında başladığı etiraz aksiyasını davam etmək fikrindədir.

EurAsia Daily” xəbər verir ki, nümayişçilərin bir hissəsi parlament qarşısındakı meydanda gecələmək niyyəti ilə burada çadırlar qurub.

Etirazçıların sözlərinə görə, aksiyalar onların tələbləri yerinə yetirilməyincə davam etdiriləcək.

Müxalifətçilər proporsional parlament seçkiləri sistemi və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Noyabrın 14-də Gürcüstan parlamenti proporsional parlament seçkiləri haqqında konstitusiya dəyişikliklərinin əleyhinə səs verib.