Tovuz sakinini ürəyindən bıçaqladılar

05:00 15-11-2019 527

Tovuz rayonunda mübahisə zəminində rayon sakini bıçaqlanıb.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Öysüzlü kəndində qeydə alınıb.

Abulbəyli kənd  sakini, 1988-ci il təvəllüdlü Vəliyev Nazim Əli oğlu “Öysüzlü” dairəsi adlanan ərazidə ürək nahiyyəsindən bıçaqlanıb.

Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən N.Vəliyevin vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.