“AliExpress” endirimli satış günü milyardlarla dollar və xaos qazandı – VİDEO

08:40 15-11-2019 559

Şəbəkədə “AliExpress”in logistika paylayıcı mərkəzindən endirimli satış günündən sonra yaranan xaosu əks etdirən video yayılıb.

11 noyabr - “Tənha ürəklər günü”ndə - şirkət “Double 11 Shopping Festival”ı keçirib.

“AliExpress” və ana şirkəti “Alibaba Group” bir gün ərzində 38,4 milyard dollar (58,5 milyard manat) qazanıblar.