Bakıda xanım sürücü ağır qəza törətdi - VİDEO

09:20 17-11-2019 469

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az xəbər verir ki, hadisə Zirə-Dübəndi yolunda qeydə alınıb. 

Hadisə zamanı 90-CL-695 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil yol kənarındakı ağaclara çırpılıb. 

Qəza zamanı avtomobilə və 10-a yaxın ağaca ziyan dəyib. 

Şahidlərin sözlərinə görə, qəzaya avtomobilin xanım sürücüsünün idarəetməni itirməsi səbəb olub. 

Samir İsayev