Toyda dostları bəy və gəlinə soğan hədiyyə etdilər - FOTO

15:40 17-11-2019 436

Banqladeşdə soğanın qiymətinin qalxması ölkə gündəmini zəbt edib. 

Haberglobal.com xəbər verir ki, bu səbəbdən paytaxt Dakkadan 90 kilometr uzaqlıqda yerləşən Comilla şəhərində baş tutan toy mərasimində bəy və gəlinə dostları tərəfindən beş kiloqram soğan hədiyyə edilib. 

Məlumatlara görə, hazırda ölkədə soğanın qiyməti 250 Banqladeş takasına (0,06 AZN -red.) satılır. 

Toy mərasimində bəyin Şohid, Sipon və Şayajan hədiyyə paketinə beş kiloqram soğan qoyub və təzə evlənən cütlüyə verib. 

Mərasimdə çəkilən fotolar isə sosial şəbəkədə paylaşım rekordu qırıb.