27:0 qələbəyə görə məşqçi qovuldu

16:00 17-11-2019 24

İtaliyanın “İnviktasauro” klubu baş məşqçi ilə yollarını ayrırıb. 

Bununla bağlı “Football Italia” nəşri məlumat yayıb. 

Buna səbəb isə komandanın “Marina Kalço” klubu üzərində 27:0 hesablı qələbəsi olub. 

Klubun direktorlar şurası bu qələbənin rəqibə qarşı hörmətsizlik olduğunu bildirib və baş məşqçi işindən kənarlaşdırılıb. Bundan başqa, şura rəqib komandanın futbolçularından üzr də istəyib.