Türkiyə qalib gəldi və AVRO-2020-yə vəsiqə qazandı - VİDEO

07:40 18-11-2019 485

AVRO-2020-nin seçmə mərhələsinin X turu çərçivəsində Türkiyə yığması səfərdə Andorranın qonağı olub.

HerGun.Az xəbər verir ki, oyun türklərin 2:0 qələbəsi ilə başa çatıb.

“Ay-ulduzlular”ın heyətində hər iki topu hücumçu Enes Unal vurub.

Türkiyə millisi 23 xalla “H” qrupunda ikinci yerdə qərarlaşıb. Birinci yerdə isə albanları yenən hazırkı dünya çempionu Fransa millisi yer alıb.

Fransa və Türkiyə AVRO-2020-nin final mərhələsinə birbaşa vəsiqə qazanıblar.