İlham Əliyev yeni səfirləri qəbul edib - FOTO

13:00 18-11-2019 508

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib.

Bu barədə məlumatı AZƏRTAC yayıb.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehin etimadnaməsini qəbul edib.