Türkiyə-İran sərhədində zəlzələ: Azərbaycanda da hiss olundu

12:00 19-11-2019 1768

Türkiyə-İran sərhədində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 04:14-də Naxçıvan stansiyasından 125 km cənub-qərbdə, Türkiyə-İran sərhədində qeydə alınıb.

Zəlzələnin maqnitudası 5, dərinliyi 44 km olub.  

Zəlzələ Naxçıvan MR-nın cənub-qərb hissəsində episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.