Qızları tərəfindən qətlə yetirilən Xaçaturyanın cinayətlərini prokuror-həmyerlisi ört-bastır edib - FOTO

06:40 21-11-2019 506

Qızları tərəfindən qətlə yetirilən Mixail Xaçaturyan törətdiyi cinayətlərdən boyun qaçırmaq üçün dəfələrlə Rusiyanın baş prokurorunu sabiq müavini Saak Karapetyana müraciət edib.

Life” xəbər verir ki, Xaçaturyanın prokuror-həmyerlisi və Moskvanın Şimal-şərq adminisrativ dairəsinin prokuroru Anri Rizayevlə ilə yazışmaları üzə çıxıb.

Yazışmalarda öldürülən erməni avtoriteti həmsöhbətlərinə “qardaş” deyə müraciət edib, onlara təbrik və hədiyyələr ünvanlayıb.

Yazışmalardan məlum olur ki, S.Karapetyan kriminal həmyerlisinə himayəlik edib və A.Rizayevin də Xaçaturyanın xahişlərini yerinə yetirməsinə təkid edib.

Saak Karapetyan  2016-2018-ci illərdə Rusiya baş prokurorunun müavini vəzifəsində çalışıb. Ötən il o vertolyot qəzasında dünyasını dəyişib.