Müəllim keçmiş sevgilisinin çılpaq şəkillərini onun qardaşına göndərdi

09:00 21-11-2019 426

ABŞ-da orta məktəb müəllimi intim fotoşəkillərin yayılmasında günahlandırılıb.

Daily Mail” xəbər verir ki, bununla 42 yaşlı kişi keçmiş sevgilisindən qisas almaq istəyib.

İndiana ştatında məktəblərin birində dərs deyən Ceyson Holt noyabrın 18-də həbs edilib. Zərər çekən qadın bildirib ki, Holt onu uzun müddət təqib edib. Belə ki, müəllim keçmiş sevgilisinə kənar nömrələrdən zəng vurub, onun qohumlarına sosial şəbəkələrdə yazıb.

İyulun 29-da Holt qızın qardaşına “Facebook Messenger” vasitəsi ilə onun lüt şəkillərini göndərib. Təqibə dözməyən qadın polisə müraciət edib.

Noyabrın 19-da Holt məhkəmin ilkin iclasında iştirak edib. Dekabrın 5-də məhkəmə davam edəcək.