Bakıda 19 yaşlı qız itkin düşdü

16:00 21-11-2019 410

Bakıda gənc qız itkin düşüb.

HerGun.Az xəbər verir ki, hadisə S.Ə.Şirvani küçəsi, 1 saylı ünvanda qeydə alınıb.

Həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Əzimzadə Fatimə Vüsal qızı noyabrın 19-da günorta saat 16:30 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Dursun Tağıyeva