Poçettinonun “Tottenhem”in oyunçuları ilə təsirli vidası - FOTO

10:00 22-11-2019 421

İlgiltərənin “Tottenhem” klubunun keçmiş baş məşqçisi Maurisio Poçettino komandanın futbolçuları ilə vidalaşıb. 

“Sport24” xəbər verir ki, mütəxəssis soyunub-geyinmə otağında yerləşən taktiki gedişlərin müzakirə olunduğu lövhəyə mesaj qoyub.

“Hər birinizə çox təşəkkürlər! Əlvida deyə bilmərik... Siz həmişə bizim qəlbimizdə qalacaqsınız”, - Poçettino yazıb. 

Xatırladaq ki, Poçettino ingilis klubunu 2014-cü ildən çalışdırıb. Bu il komandanın İngiltərə Premyer liqasında uğursuz çıxışından sonra qovulub.