Göygöldə kişi meyiti tapılıb

23:20 22-11-2019 391

Göygöl rayonunda orta yaşlı kişi meyiti tapılıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Meyitin Daşkəsən rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar İmanova məxsus olduğu bildirilir. O, Gəncə şəhər Natavan qəsəbəsində yaşayırmış. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

V.İmanovun əsəb xəstəsi olduğu deyilir. Ölümün dəqiq səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı Göygöl rayon Prokurorluğu tərəfindən araşdırma başlanılıb.