PKK-da təcavüz dəhşəti: Qızları sıraya düzdü, sonra isə...

01:00 23-11-2019 386

PKK terror qruplaşmasından qaçaraq Türkiyənin təhlükəsizlik orqanlarına təslim olan F.Ş adlı qadın qruplaşma lideri Duran Kalkanın terrorçuların cərgələrinə qoşulan qadınlara təcüvüzünü sübuta yetirən faktları açıqlayıb. 

“Hürriyyət” xəbər verir ki, təslim olan qadın Duran Kalkanla bağlı çəkdiyi 3 dəqiqə 48 saniyəlik videonu təhlükəsizlik orqanlarına təhvil verib. 

Vəkil olmaq xəyalı ilə məktəbi bitirən, lakin üç il əvvəl aldadılaraq dağa qaçırılan F.Ş aparıldığı PKK yuvası Qəndildə “Abbas” kod adlı Duran Kalkanın təcavüzünə məruz qalıb. İki ay əvvəl terror qruplaşmasından qaçaraq təhlükəsizlik orqanlarına təslim olan “Amara Digor” kod adlı F.Ş başına gələnləri bu sözlərlə izah edib:

“Universitet imtahanına hazırlıq üçün pul yığmaq məqsədilə ev təmizliyi kimi gündəlik işlərlə məşğul olduğum bir vaxtda iraqlı yaşlı bir qadına 10 gün baxacağım halda 2 min dollar veriləcək yalanı ilə aldadılaraq Qəndilə aparıldım. Duran Kalkan məni Qare düşərgəsində yer altındakı mağarasına aparıb “tabulaşdırdığın zəncirləri qırıb səni azad edəcəyəm” deyərək təcavüz etdi. O andan etibarən üç il ərzində bir gün qaçıb qruplaşmada baş verənləri danışmaq üçün yaşadım. Bu təcavüz mütəmadi davam etdi.

Qaçıb baş verənləri danışa bilmək üçün onun güvənini qazandım. Mənə “səni komandir edəcəyəm, çöl gözəlim” deyirdi. Ötən il məni Hakurk düşərgəsinə apardı. Düşərgə nəzarətçisi “Helin Dersim” kod adlı qadın məni və yeni gələnləri sıraya düzdü. Duran Kalkan kişilərin üzünə baxmadan sürətlə salamlaşdı, sıra qızlara gələndə sanki ağzında köpük axırmış kimi öpməyə başladı. Sıradakı 20-ə yaxın qızın arasında hələ oyun oynayacaq yaşda qızlar da vardı. Tək-tək qucaqlayıb öpdü. Əlləri ilə yanaqlarına, dodaqlarına toxundu. Mən də necə bir manyak olduğunu göstərmək üçün o anları çəkdim”.