British Counci və Britaniyanın Azərbaycandakı Səfirliyi bu il Beyləqan rayon F.Hacıyev adına 2 nömrəli tam orta məktəbdə üçüncü Resurs və Təlim mərkəzi açır

09:24 27-11-2019 663

 

Azərbaycanda hazırda mövcud olan 13 ingilis dili mərkəzdən ibarət şəbəkəyə əlavə ediləcək beş yeni Resurs və Təlim mərkəzindən üçüncüsü Beyləqan rayon F.Hacıyev adına 2 nömrəli tam orta məktəb

olacaq. Yeni təlim mərkəzləri Abşeron, Zaqatala, Tərtər, Beyləqan və Bərdə rayonlarında yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə yaradılır və yerli icmalardan olan tələbə və müəllimlərin cəlb edilməsi üçün lazım olan bütün yüksək keyfiyyətli təlim və tədris resurslarına, texnologiyalara və özünütəlim materiallarına sahib olacaq. British Council proqramı Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlayır və həyata keçirir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Britaniyanın Azərbaycandakı Səfirliyi bu proqramın həyata keçirilməsini dəstəkləyəcək.

Resurs və Təlim Mərkəzləri:Qabaqcıl Cəmiyyət Naminə Mükəmməl Bacarıqlar gənclərin özlərindən əminliyini artırması və gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır. “Resurs və Təlim Mərkəzləri" proqramı "British Council"ın 2016-2019-cu illərdə həyata keçirilmiş İngilis Dili Mərkəzləri təşəbbüsünün qazandığı uğura əsaslanacaq.

Bu il fəaliyyətə başlayacaq üçüncü Resurs və Təlim Mərkəzinin açılışı 26 noyabr 2019-cu il tarixində Beyləqanda yerləşən F.Hacıyev adına 2 nömrəli tam orta məktəbdə baş tutmuşdrur. Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini, cənab Filip Barkley, "British Council"ın Azərbaycanda ölkə üzrə direktoru cənab Samr Şah,Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnnovasiyalar şöbəsinin  müdiri cənab Orxan Abbasov, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev, KİV-nin nümayəndələri və yerli təhsil şöbəsinin nümayəndələri iştirak etmişlər.

Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini cənab Filip Barkley tədbir iştirakçılarını Azərbaycan dilində salamladı və elə çıxışını da Azərbaycan dilində etdi.Resurs və Təlim Mərkəzinin açılışının əhəmiyyətindən bəhs etdi.Müəllim və şagirdlərə uğurlar arzuladı.

"British Council"ın Azərbaycanda ölkə üzrə direktoru cənab Samr Şah bildirib: "Bu, Azərbaycanda həyata keçirdiyimiz başlıca proqramlarımızdan biridir. Təlim Mərkəzlərimiz gənc tələbələrə ingilis dili üzrə danışıq qabiliyyətini inkişaf etdirmək üçün təlimdə iştirak etmək, ha belə XXI əsrin rəqabətli təlim və karyera yolunda zəruri olan liderlik v əünsiyyət bacarıqlarını təkmilləşdirmək imkanı verəcək."

Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnnovasiyalar şöbəsinin  müdiri cənab Orxan Abbasov çıxışında bildirdi ki, Beyləqanda yeni açılan Resurs və Təlim Mərkəzi ilə yanaşı Bakı, Müşfiqabad, Gəncə və Lənkəranda da fəaliyyət göstərən mərkəzlər var.

Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev çıxış edərək Beyləqanda Resurs və Təlim Mərkəzinin yaradılmasına dəstək olan Böyük Britaniyanın Azərbaycandakı səfirinə, "British Council"ın Azərbaycanda ölkə üzrə direktoruna,Azərbaycan Respublikası Təhsil Nazirinə minnətdarlığını bildirdi,bu münasibətlə müəllim və şagirdləri təbrik etdi.

Tədbirdə qeyd olundu ki,üç il ərzində Azərbaycanın məcburi köçkün icmalarından olan təqribən 17,200 gənc, 600-dən çox təlim keçmiş müəllimin formal tədris prosesində öyrətdiyi təkmilləşmiş ingilis dili və əsas bacarıqların təlimi proqramından faydalanacaq.

Proqram ingilis dilinin yüksək səviyyədə tədrisinə, habelə gənclər arasında və onların aid olduğu icmalarda tolerantlıq, qarşılıqlılıq və dialoq anlayışlarının daha yaxşı başa düşülməsinə istiqamətlənəcək. Proqram çərçivəsində tələbələrin daha geniş dünyaya açılmasına kömək edən tənqidi düşüncə, problemlərin həlli, ünsiyyət və müzakirə bacarıqları da inkişaf etdiriləcək.

British Council seçilmiş icmalarda müəllimlərlə də işləyəcək, onların özündən əminliyi, bilik və bacarıqlarını inkişaf etdirməsinə yardımçı olmaq üçün Birləşmiş Krallığın təcrübə və resurslarından istifadə edəcək. Proqram onların ehtiyaclarını müəyyən edəcək, onlara inkişaf imkanları verəcək və onları sinifdə yenilikçi tədris resursları və təcrübələrindən istifadə etməyə hazırlayacaq. Müəllimlərin yeni ideyalar, tədris təcrübələri və yerli ehtiyacları müzakirə etmək məqsədilə bir araya gəlməsi üçün beş yeni"MüəllimlərinFəalliyyət Qrupu" (Teacher Activity Group) yaradılacaq. Müəllimlər uzun müddətli müsbət dəyişikliklərə təsir etmək və yaşadıqları icmaya töhfə vermək imkanına sahib olacaq.

Sonra məktəbin ingilis dili müəllimi Xumar müəllim şagirdlərə yüksək səviyyədə bu dilin gözəlliyini aşıladı.İngilis dilinin yüksək səviyyədə tədrisi, şagidrlərin hazırcavablığı qonaqlarda xoş təəsürat yaratdı. Məktəbin şagirdləri qonaqlara hədiyyə təqdi etdi və xatirə şəkilləri çəkdirdilər.

 

Elman İsrafiloğlu