Bakıda metro yaxınlığında qan töküldü: Orta yaşlı qadın bıçaqlanaraq öldürüldü - FOTO

01:40 29-11-2019 616

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Belə ki, metronun “Dərnəgül” stansiyası yaxınlığında orta yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlanıb. Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında ürək, qarın və kürək nahiyəsindən 4 bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb. Lakin qadın yolda keçinib.

Meyitin üzərinə ilkin baxış keçirilən zaman şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb. İlkin məlumata görə, qətli törədən şəxslə qadın arasında mübahisə baş verib. Nəticədə həmin şəxs qadına bıçaqla xəsarət yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu