Kikboksçu evinə girən silahlı soyğunçuları peşman etdi - VİDEO

14:20 02-12-2019 564

Argentinanın Buenos-Ayres şəhərində iki quldur şəxs evdən televizor oğurlamağa cəhd edib, lakin ev sahibinin kikboksinq üzrə təlimatçı olduğu məlum olub.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilir ki,  hadisə gecə saatlarında evin sahibi Leandro Bogao və həyat yoldaşı yatarkən baş verib. Qonşusunun itlərinin hürməyinə oyanan argentinalı təlimatçı qarətçiləri onun evindən televizor çıxarmaq istəyərkən görüb.

Soyğunçuların silahlı olmasına baxmayaraq, Boqao onlardan birini tuta bilib. Digər qarətçi isə qaçıb. Ev sahibi polislər gələnədək onu saxlayıb. 

10 yaşından kikboksla məşğul olan Boqao həmin günü evdə uşaqlarının olmamasından sevindiyini bildirib.