İnterpolun axtardığı qadınlara qarşı cinayət törətmiş şəxslər arasında azərbaycanlı da var - FOTO

23:00 02-12-2019 562

İnterpol qadın cinayətlərinə görə beynəlxalq axtarışda olan 8 təhlükəli qatilin siyahısını açıqlayıb.

Siyahıda Rusiya, Danimarka, Norveç, Ukrayna, Braziliya, Kipr və ABŞ tərəfindən axtarılan cinayətkarlar yer alıb. 

Onların arasında Rusiya tərəfindən axtarılan soydaşımız da var. 37 yaşlı Nuran Musayev Rusiya tərəfindən iki qadını amansız qətlə yetirdiyinə görə axtarışdadır. O, 1982-ci ildə  Qərbi Azərbaycanda anadan olub.