Şumaxerə çempionluq qazandıran maşın Əbu-Dabidəki hərracda satıldı – FOTO

03:40 06-12-2019 610

"Formula-1" yarışmalarının 7 qat çempionu Mixael Şumaxerin "Ferrari F2002" markalı avtomobili Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə hərracda satılıb.

“RİA Novosti” xəbər verir ki, italiyalı həvəskar maşına 6,6 milyon dollar (11,2 milyon manat) verib.

Bu maşın 2002-ci ildə Şumaxerə çempionluq qazandırıb. Almaniyalı pilot həmin mövsümdə 17 yarışda 11 qələbəyə imza atıb.

Xatırladaq ki, 2013-cü ilin dekabrında almaniyalı Mixael Şumaxer dağ xizəkçiliyi kurortunda yıxılaraq başından ağır zədələr alıb. 2018-ci ildə 50 yaşlı idmançının komadan çıxdığı məlum olub.