Yurçeviç millimizin baş məşqçi postundan bu tarixdə istefaya göndərilə bilər

20:20 06-12-2019 623

AFFA-nın İcraiyyə Komitəsinin ilin son iclasının vaxtı bilinib.

HerGun.Az xəbər verir ki, saat 10:00-da başlayacaq iclasın gündəliyinə 13 məsələ daxil olunub:

1. Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat;

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə;

3. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin Avro-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı;

4. Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat;

5. “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi;

6. Avro-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat;

7. AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması;

8. “Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi;

9. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi;

10. “Elit Məşq” kitabı ilə bağlı məlumat;

11. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması;

12. “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə;

13. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi.

Qeyd edək ki, bu iclasdan sonra seçmə mərhələdə uğursuz çıxış etmiş millimizin baş məşqçisi Nikola Yurçeviçlə yolların ayrılacağı gözlənilir.