Bakıda bu gecə iki piyada vurulub, sürücülər hadisə yerindən qaçıb

00:40 07-12-2019 537

Bakıda piyadanı vuraraq sürücünün ərazidən qaçması ilə müşahidə olunan iki qəza hadisəsi baş verib.

Qəzalardan biri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Abdulov Rəşad Füzuli oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər hadisə isə Sabunçu raronunda qeydə alınıb. Qəza Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, “Mercedes” markalı minik avtomobili 1993-cü il təvəllüdlü Əliyev Yasin Vaqif oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu