Bərdədə yük maşını minik avtomobili ilə toqquşdu, bir nəfər öldü - FOTO

21:00 07-12-2019 355

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. 

Belə ki, 09-BX-278 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını 90-RM-177 nömrə nişanlı “VAZ 21015” markalı maşınla toqquşub.  

Nəticədə “VAZ 21015”in sürücüsü, 40 yaşlı Abdullayev Musviq Mikayıl oğlu hadisə yerində ölüb. 

Faktla bağlı cinayət işi başlanıb.